Milli komandalarımız növbəti oyunlarına ÇIXIR

Milli komandalarımız növbəti oyunlarına ÇIXIR

Hazırda oxunan: Milli komandalarımız növbəti oyunlarına ÇIXIR

193992

Azərbaycanın voleybol milliləri bu gün Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirəcəklər.

Bizim.Media xəbər verir ki, qadınlardan ibarət yığmamız 2-ci turun ikinci matçında İsveçlə üz-üzə gələcək.

Rumıniyadakı görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Ötən gün Rumıniyaya (0:3) uduzan komanda I turda Xorvatiyaya qalib gəlib (3:0), Slovakiyaya isə (1:3) məğlub olub. Milli hazırda 12 ölkə arasında 3 xalla 9-cu pillədə qərarlaşıb. Kişilərdən ibarət kollektiv isə Şimali Makedoniya ilə qarşılaşacaq. Belçikadakı oyun saat 19:30-da başlayacaq. Ötən gün meydan sahiblərinə yenilən (0:3) yığma Bakıdakı I turda Rumıniya və Ukraynaya da eyni hesabla uduzub. Komanda hazırda sonuncu – 12-ci yerdədir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO