Messilnin komandası doqquz matçdır UDUZMUR - VİDEO

Messilnin komandası doqquz matçdır UDUZMUR - VİDEO

Hazırda oxunan: Messilnin komandası doqquz matçdır UDUZMUR - VİDEO

192832

MLS çempionatının növbəti turunda "İnter Mayami" doğma meydanda "DC Yunayted"i qəbul edib.

Bizim.Media xəbər verir ki, Fort Lauderdeyldəki DVR stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qələbə qolunu 90+4-cü dəqiqədə Leonardo Kampana vurub.

Qeyd edək ki, hücumçular Lionel Messi və Luis Suares "İnter Mayami"də start heyətində yer alıblar.
Beləliklə, İnter Mayami MLS-dəki məğlubiyyətsizlik seriyasını doqquz matça çatdırıb - üç heç-heçə və altı qələbə.

Hazırda MLS-in turnir cədvəlinə 31 xalla "İnter Mayami" başçılıq edir. Onun rəqibi isə 17 xalla turnir cədvəlinin 17-ci pilləsindədir.

Növbəti turda "İnter Mayami" "Vankuver Uaytkeps"lə qarşılaşacaq.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO