AFFA İcraiyyə Komitəsinin iclası olacaq

AFFA İcraiyyə Komitəsinin iclası olacaq

Hazırda oxunan: AFFA İcraiyyə Komitəsinin iclası olacaq

191528

Mayın 13-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Bizim Media federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 15:00-da başlanacaq toplantının gündəliyinə bir neçə məsələ daxil edilib.

Bunlar AFFA-nın inkişafı strategiyasının müzakirəsi, inkişaf hədəflərinin müəyyən olunması, strategiyanın yazılması, Azərbaycan Premyer Liqasında komanda sayının artırılması və 2024/2025 mövsümündə tətbiq olunacaq legioner limitinin, həmçinin 2024-cü il üçün AFFA büdcəsinin müzakirəsi məsələləridir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO