Millimizin qapıçısı İran klubuna keçir

Millimizin qapıçısı İran klubuna keçir

Hazırda oxunan: Millimizin qapıçısı İran klubuna keçir

191480

Futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Rövşən Hüseynli Qazaxıstanın "Atırau" klubunu tərk edib.

Bizim.Media xəbər verir ki, qolkiperin karyerasını harada davam etdirəcəyi isə hələ bəlli deyil.

O, bununla bağlı yekun qərar verməyib. Məlumata görə, Hüseynli Qazaxıstana geri qayıtmaq ehtimalına sahibdir. Belə ki, ona yüksək liqa klublarından təklif az deyil.
Bununla yanaşı isə, İran yüksək liqa klublarından da Rövşənin xidmətində olan klublar var. Yaxın günlərdə millimizin qapıçısı yeni mövsümlə bağlı konkret qərarını açıqlayacaq.

Hüseynli son iki ili "Atırau"da keçirib. Bundan əvvəl isə “Araz-Naxçıvan” və “Neftçi” komandalarının qapısını qoruyub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO