“Böyük Dəbilqə”də çıxış edəcək cüdoçularımız açıqlandı

“Böyük Dəbilqə”də çıxış edəcək cüdoçularımız açıqlandı

Hazırda oxunan: “Böyük Dəbilqə”də çıxış edəcək cüdoçularımız açıqlandı

190528

Mayın 10-da Qazaxıstanın paytaxtı Astana şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürəcək.

Bizim.Media xəbər verir ki, 3 gün davam edəcək yarışda Azərbaycan millisi geniş heyətlə təmsil olunacaq.

Məşqçilər korpusu “Böyük Dəbilqə”də 17 cüdoçuya şans verəcək.
Kişilərin mübarizəsində Əhməd Yusifov, Nazir Talıbov (hər ikisi 60 kq), Kamran Süleymanov, Ruslan Paşayev (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Ömər Rəcəbli, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Uşangi Kakauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) çıxış edəcək.

Qadınların yarışında isə Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Açelya Toprak və Fidan Əlizadə (hər ikisi 57 kq) qüvvəsini sınayacaqlar.

Qeyd edək ki, bu, mayın 19-dan 23-ə kimi BƏƏ-də keçiriləcək dünya çempionatı öncəsi son turnirdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO