Azərbaycan cüdoçusu Hidayət Heydərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda moldovalı Adil Osmanovla qarşılaşıb.
Rəqibinə qızıl xal bölümündə qalib gələn H. Heydərov həlledici görüşə vəsiqə qazanıb. O, finalda Danil Lavrentev (AIN) – Con-Benjamin Qaba (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək.
Bu gün mübarizəyə qoşulan digər Azərbaycan cüdoçuları - Rəşid Məmmədəliyev (73 kiloqram) və Zelim Tçkayev (81 kiloqram) isə turniri medalsız başa vurublar.
Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kiloqram) gümüş medalın sahibi olub. Aprelin 27-dək davam edəcək Avropa çempionatında Azərbaycanı ümumilikdə 13 cüdoçu təmsil edir.
Bizim.Media
- A-
- A
- A+
İdman
18:00 / 26.04.2024
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
Hazırda oxunan: Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
Hazırda oxunan: Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
189145
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.