Türkiyə Superliqası 33-cü turuna yekun vurulub.
Bizim.Media xəbər verir ki, “Fənərbaxça” səfərdə xal itirib.
İsmail Kartalın yetirmələri çempionluq yolunda ağır zərbə alıblar.
“Fənərbaxça ”“Sivasspor”la oyunda 2 dəfə hesabda önə keçsə də, qələbə hesabını qoruya bilməyib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Qeyd edək ki, “Fənərbaxça”nın 86, lider “Qalatasaray”ın 90 xalı var.
Türkiyə Superliqası
33-cü tur
“Sivasspor" – “Fənərbaxça” – 2:2.
Rəşad Rafiqoğlu, Bizim.Media