İspaniya La Liqasının XXXII turunda növbəti oyun keçirilib.
Bizim.Media xəbər verir ki, turun mərkəzi matçı "Real Madrid" və "Barselona" arasında baş tutan "El-Klassiko" olub. "Santyaqo Bernabeu" stadionunda reallaşan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.
Derbidə hesabı 6-cı dəqiqədə qonaqların heyətində Andreas Kristensen açıb. 18-ci dəqiqədə Vinisius Junior penaltidən tablodakı rəqəmləri bərabərləşdirib. Fermin Lopez 69-cu dəqiqədə yenidən komandasını önə keçirib. 73-cü dəqiqədə Lukas Vasqes hesabı 2:2 edib. Geri dönüş edən "kral klubu"nun qələbə qolunu 90+1-ci dəqiqədə Cud Bellinqem vurub.
Bu nəticədən sonra xallarını 81-ə çatdıran "Real Madrid" turnir cədvəlinə başçılıq edir. "Barselona" 70 xalla ikinci, 68 xallı "Jirona" isə üçüncü pillədə qərarlaşıb.
Bizim.Media