“Bakıda olmaqdan çox xoşbəxtəm. Azərbaycanı, xüsusilə də Gəncə şəhərini yaxşı tanıyıram”.
Bizim.Media xəbər verir ki, bu sözləri Avropanın İdman Paytaxtları Federasiyasının (ACES) prezidenti və yaradıcısı Qian Fransesko Lupatelli “Bakının 2026-cı ildə dünyanın idman paytaxtına namizədliyi” mövzusunda təşkil olunan mətbuat konfransında deyib.
O, Bakıya 9 fərqli ölkədən nümayəndə heyəti ilə gəldiklərini bildirib:
“Bakı-2026 idman paytaxtına namizədlik üçün gözəl təqdimat nümayiş etdirdi. Buna görə gənclər və idman naziri Fərid Qayıbova təşəkkür edirəm. İnanıram ki, Avropa Parlamenti tərəfindən Bakı 2026-cı ildə dünyanın idman paytaxtı seçiləcək”.
Bizim.Media