Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.
Bizim.Media xəbər verir ki, 63,5 kq çəkidə mübarizə aparan Malik Həsənov 1/16 final çərçivəsində Laşa Qaqnidze (Gürcüstan) ilə qarşılaşıb.
Döyüş boksçumuzun qələbəsi ilə başa çatıb. Həsənov 1/8 finalda ilk mərhələdən azad olan ispaniyalı Oyer İbarriçe ilə üz-üzə gələcək. Görüş aprelin 21-də olacaq.
Qeyd edək ki, 34 ölkədən 337 (216 kişi, 121 qadın) idmançının qatıldığı Avropa çempionatına aprelin 28-də yekun vurulacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
![Boksçumuz Avropa çempionatına qələbə ilə başladı Boksçumuz Avropa çempionatına qələbə ilə başladı](https://bizim.media/file/articles/2024/04/18/1713465938_photo_5262983801770990465_x.jpg)
- A-
- A
- A+
İdman
22:46 / 18.04.2024
Boksçumuz Avropa çempionatına qələbə ilə başladı
Hazırda oxunan: Boksçumuz Avropa çempionatına qələbə ilə başladı
Hazırda oxunan: Boksçumuz Avropa çempionatına qələbə ilə başladı
187857
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.