Nicat Abasov fransalı şahmatçı ilə üz-üzə gələcək

Nicat Abasov fransalı şahmatçı ilə üz-üzə gələcək

Hazırda oxunan: Nicat Abasov fransalı şahmatçı ilə üz-üzə gələcək

187552

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.

Bizim.Media xəbər verir ki, 28 yaşlı qrossmeyster XI turda Fransa təmsilçisi Əlireza Firuzca ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Abasov qara fiqurlarla oynayacaq. O, hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Firuzca isə 3,5 xalla yeddincidir.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO