Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında ilkin mərhələsinə yekun vurulub.
Bizim.Media xəbər verir ki, "Azerreyl" Yüksək Liqanı 1-ci pillədə başa vurub.
“Neftçi” MOİK-i sınağa çəkib.
“Murov Az Terminal” VK-nun idman zalında baş tutan görüş "ağ-qaralar"ın asan qələbəsi ilə başa batıb. Hərçilərin yalnız 1-ci setdə 16 xal qazanmağı bacarıblar. Onlar növbəti setlərdə daha zəif çıxış edirlər.
Digər qarşılaşma GİN-in Voleybol Mərkəzində təşkil olunub. Çempionatın liderlərinin duelində “Murov Az Terminal”la “Azərreyl” qarşılaşıb. İlk seti meydan sahibləri qazansalar da, "dəmiryolçular" sonradan üstünlüyü ələ keçiriblər. "Azərreyll" 3:1 hesabı ilə qalib gəlib.
Yüksək Liqa (kişilər)
8 aprel
17:00. “Neftçi” – MOİK - 3:0 (25:16, 25:14, 25:15)
“Murov Az Terminal” VK-nun idman zalı
17:00. “Murov Az Terminal” – “Azərreyl” - (25:22, 22:25, 18:25, 16:25)
GİN-in Voleybol Mərkəzi
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
21:46 / 08.04.2024
“Azərreyl” ilkin mərhələni qalib başa vurdu
Hazırda oxunan: “Azərreyl” ilkin mərhələni qalib başa vurdu
Hazırda oxunan: “Azərreyl” ilkin mərhələni qalib başa vurdu
186299
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.