Lukaku Səudiyyə Ərəbistanın klublarına təklif edildi

Lukaku Səudiyyə Ərəbistanın klublarına təklif edildi

Hazırda oxunan: Lukaku Səudiyyə Ərəbistanın klublarına təklif edildi

185875

"Çelsi" bu mövsüm "Roma"da icarə əsasında çıxış edən hücumçu Romelu Lukakunu  yayda satmaq istəyir.

Bizim.Media İtaliya mətbuatına istinadən xəbər verir ki, London təmsilçisi 30 yaşlı oyunçunu satmaq məqsədi ilə Səudiyyə Ərəbistanı Futbol Federasiyası ilə əlaqə saxlayıb. 

Bildirilib ki, "Çelsi" Lukakunun Səudiyyə Ərəbistanı klublarından birinə satışından 60 milyon avro qazanmaq niyyətindədi.

London klubunun yayda bir neçə futbolçunu satmağı planlaşdırdığı və onların transferlərindən maksimum qazanc əldə etmək istədiyi vurğulanır.
Xatırladaq ki, bu mövsüm belçikalı  Lukaku bütün turnirlərdə 38 matçda iştirak edib, 18 qol vurub və 4 qolun ötürməsini verib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO