“Azərreyl” “Neftçi”yə qalib gəldi

“Azərreyl” “Neftçi”yə qalib gəldi

Hazırda oxunan: “Azərreyl” “Neftçi”yə qalib gəldi

185737

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. 

Bizim.Media xəbər verir ki, Yüksək Liqada günün hər iki matçı eyni saatda başlayıb. 

“Murov Az Terminal” VK-nun idman zalında eyniadlı komanda MOİK-i sınağa çəkib. Autsayder ev sahibi olduğu oyunda 0:3 hesabı ilə uduzub.

Çempionatın lideri “Azərreyl” “Neftçi”dən güclü olub. "Ağ qaralar" yalnız 2-ci setdə qələbə qazana biliblər.

Qeyd edək ki, Yüksək Liqada növbəti oyunlara aprelin 8-də start veriləcək.

Yüksək Liqa (kişilər)

4 aprel

Yüksək Liqa (kişilər)

17:00. MOİK - “Murov Az Terminal” - 0:3 (17:25, 17:25, 21:25)

“Murov Az Terminal” VK-nun idman zalı

17:00. “Azərreyl” – “Neftçi” - 3:1 (25:20, 16:25, 25:19, 25:20)

GİN-in Voleybol Mərkəzi (CBC Sport - canlı)

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO