“Beşiktaş”ın prezidenti “Qarabağ”ın legioneri üçün Bakıya gəlir?

“Beşiktaş”ın prezidenti “Qarabağ”ın legioneri üçün Bakıya gəlir?

Hazırda oxunan: “Beşiktaş”ın prezidenti “Qarabağ”ın legioneri üçün Bakıya gəlir?

185152

“Beşiktaş” “Qarabağ”ın hücumçusu Juninyonun transferi üçün danışıqları intensivləşdirmək qərarına gəlib. 

Bizim.Media Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbul təmsilçisində məsələyə artıq prezident səviyyəsində baxılır. 

Belə ki, “ağ-qaralar”ın rəhbəri Hasan Arat şəxsən braziliyalının keçidində maraqlıdır. 

Bildirilir ki, o, yaxşı münasibətdə olduğu “Qarabağ”ın fəxri prezidenti Abdulbari Gözəllə görüşərək, bu məsələni müzakirə edəcək. Hətta bu məsələ ilə əlaqədar Aratın Bakıya səfər edəcəyi gözlənilir. Superliqa təmsilçisi 27 yaşlı forvardı tələb olunan 8 milyon avrodan ucuz qiymətə almağa çalışacaq. 
Qeyd edək ki, Juninyonun “Qarabağ”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO