Rusiya mətbuatı: AFFA bu məşqçi ilə maraqlanmır

Rusiya mətbuatı: AFFA bu məşqçi ilə maraqlanmır

Hazırda oxunan: Rusiya mətbuatı: AFFA bu məşqçi ilə maraqlanmır

185006

Kurban Berdıyev AFFA-nın baş məşqçi postu üçün qısa siyahıda yer almayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Legalbet” portalı yazıb. 

Rusiyalı həmkarlarımızın iddiasına görə, AFFA rəhbərliyi Berdıyevə klub məşqçisi kimi yanaşdığı üçün onu millinin baş məşqçi postuna dəvət etməyi düşünməyib.
"Legalbet"in yazdığına inansaq, AFFA-nın yeni rəhbərliyi Azərbaycan millisini yerli mədəniyyətə mümkün qədər yaxın olan mütəxəssisə həvalə etməyi planlaşdırır.

Xatırladaq ki, Berdıyev son olaraq Rusiyanın “Dinamo”(Maxaçqala) klubunu çalışdırıb. O, bundan əvvəl "Kayrat", "Gənclərbirliyi", "Rubin", "Rostov", "Traktor", "Soçi" klublarında işləyib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO