Musa Qurbanlı “Qarabağ”a qayıdır

Musa Qurbanlı “Qarabağ”a qayıdır

Hazırda oxunan: Musa Qurbanlı “Qarabağ”a qayıdır

184176

Millinin hücumçusu Musa Qurbanlının “Yurqorden”dən nə vaxt ayrılacağı dəqiqləşib.

Bizim.Media xəbər verir ki, o, iyunun ortasında Azərbaycana dönəcək. 

“Qarabağ” 22 yaşlı keçmiş forvardını 1 illik icarəyə götürəcək. Bununla bağlı Azərbaycan və İsveç klubları arasında razılıq əldə olunub. 
Ötən ilin yayında Skandinaviya ölkəsinin yolunu tutan Qurbanlının “Yurqorden”lə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. İsveç çempionatında 2024 mövsümü martın sonunda başlayacaq. İlk turda “Göteborq”la “Yurqorden” birincilərin meydanında üz-üzə gələcəklər.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO