Qurban Qurbanov daha bir klubun maraq dairəsində

Qurban Qurbanov daha bir klubun maraq dairəsində

Hazırda oxunan: Qurban Qurbanov daha bir klubun maraq dairəsində

184159

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov daha bir xarici klubun maraq dairəsinə düşüb.

Bizim.Media İdman.Biz-ə istinadən bildirir ki, bunu futbol agenti Ramil Adıgözəlov açıqlayıb.

O, Rusiya mətbuatına açıqlamasında Gilyermo Abaskalı məhz 52 yaşlı azərbaycanlı mütəxəssisin əvəzləyə biləcəyini iddia edib:

Qurban Qurbanov əla mövsüm keçirib. Bu, artıq ilk belə mövsüm deyil. O, nəhayət ki, Avropada da bu qədər irəlilədi. Düşünürəm ki, əksər klublar ona diqqət yetirdi. “Latsio”, Türkiyə çempionatı barədə söhbətlər oldu. Düşünürəm ki, “Spartak” da onu izləyib. Qurbanova böyük tələbin olacağı məntiqlidir. “Spartak” böyük layihədir. Təkcə Qurbanov deyil, istənilən məşqçiyə bu klub maraqlı olar. Baxmayaraq ki, Rusiya klubları indi avrokuboklarda oynamırlar”.
Qeyd edək ki, “Qarabağ” cari mövsüm Avropa Liqasının 1/8 finalına qədər irəliləyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO