Qurban Qurbanov: “Bir-iki əlavə futbolçu olsa, pis olmaz”

Qurban Qurbanov: “Bir-iki əlavə futbolçu olsa, pis olmaz”

Hazırda oxunan: Qurban Qurbanov: “Bir-iki əlavə futbolçu olsa, pis olmaz”

183052

“Dünən bizi Tovuzda çox xoş qarşıladılar. Bizim üçün vacib oyun idi”.

Bizim.Media xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. 

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının XXVII turunda “Turan Tovuz”la oyunu şərh edib:

“Həmişə istəmişəm ki, çətin oyunlardan sonra futbolçularım xarakter göstərsinlər. Komanda toparlandı. Oyunun əvvəllərində bir az gərginlik yaşandı. Sonra oyunu ələ ala bildik. Futbolçularımı təbrik edirəm. Çox sıx qrafikdə idik. Oyunçularımda xarakter gördüm. Motivasiya ilə bağlı problemimiz olmayacaq. Daha yaxşı hazırlaşmalıyıq. Milliyə gedən futbolçular istirahət edə bilməyəcək. Digərlərinə istirahət verəcəyik. İnanmıram ki, hansısa çətinlik olsun. Öz oyunumuzun üzərində çalışaçacağıq”.

Qurban Qurbanov heyətlə bağlı danışıb. O, gənclərə şans verdiyini bildirib:

“Limit haqda nəsə deyə bilmərəm. Eyni səviyyədə iki heyət olsa, hamı oynamaq istəyəcək. Əlimdə olan futbolçular hamısı nəticə verən futbolçulardır. Gənclərə də şans veririk. Toral Bayramov, Elvin Cəfərquliyev yavaş-yavaş püxtələşir. Ümumən, bugünkü heyətimizdən razıyam. Bəlkə 1-2 əlavə futbolçu olsaydı, pis olmazdı”.

“Qarabağ”ın baş məşqçisi xal fərqinə münasibət bildirib: “Xal fərqinə normal baxıram. Avropanın çox ölkələrində belə xal fərqi olub. Bu, o demək deyil ki, bizdə hamı bərbaddır. Ola bilər ki, bu il oyunumuz daha yaxşı alındı. Amma o demək deyil ki, hər il belə olacağıq”.
Qeyd edək ki, “Qarabağ” səfərdə “Turan Tovuz”a 3:1 hesabı ilə qalib gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO