“Volfsburq” baş məşqçini istefaya göndərdi

“Volfsburq” baş məşqçini istefaya göndərdi

Hazırda oxunan: “Volfsburq” baş məşqçini istefaya göndərdi

183039

“Volfsburq” baş məşqçi Niko Kovaçla yollarını ayırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə klubun saytı rəsmi açıqlama yayıb. 

Komanda “Auqsburq”la görüşdə ardıcıl üçüncü dəfə məğlub olub. Uğursuz seriya xorvatiyalı mütəxəssisə bağışlanmayıb. 

Klubun idman direktoru Marsel Şefer bu barədə deyib:

“Ausqburq”a məğlubiyyətdən sonra komandanın oyununu təhlil edib, Niko Kovaçla əməkdaşlığa son qoymağa qərar verdik. Vəziyyəti sabitləşdirmək üçün komandaya yeni nəfəs lazımdır”.
Qeyd edək ki, Kovaç 2022-ci ildən “Volfsburq”a başçılıq edib. 2023/2024 mövsümündə 26 turdan sonra 25 xal toplayan komanda 14-cü pillədə yer alıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO