\

\"Real\" \"Osasuna\"nı məğlub etdi, Arda Gülər isə… - VİDEO 

Hazırda oxunan: \"Real\" \"Osasuna\"nı məğlub etdi, Arda Gülər isə… - VİDEO 

182955

"Real" La Liqada 29-cu tur oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, Madrid təmsilçisi "Osasuna"nın qonağı olub. 

Matç Karlo Ançelottinin baş məşqçisi olduğu komandanın 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, matçda Arda Gülər fərqlənib. Belə ki, o, mərkəz xəttindən fantastik zərbə vursa da, top qapı tirinə dəyib.

"Osasuna" - "Real" - 2:4

Qollar: Vinisius Junior, 4 (0:1), Bodimir, 7 (1:1), Karvahal, 18 (1:2), Dias, 61 (1:3), Vinisius Junior, 64 (1:4), Munoz, 64 (2:4)

Bu qələbə ilə "Real" 29 oyundan 72 xalla La Liqanın turnir cədvəlində liderliyini möhkəmləndirib. "Osasuna"  36 xalla (29 oyun) 10-cu yerdədir. "Jirona" 62 xalla (28 oyun) 2-ci, "Barselona" 61 xalla (28 oyun) 3-cüdür.
 


 
 
 
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO