Braziliya millisinin və "Barselona"nın həbsdə olan sabiq müdafiəçisi Dani Alves müvəqqəti azadlığa buraxıla bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Keçmiş forvard 2022-ci ilin sonunda bir qıza təcavüz etməkdə təqsirli bilinmişdi və həbs edilmişdi.
Bildirilir ki, martın 19-da Alvesin müvəqqəti azadlığa buraxılması haqda müraciəti ilə bağlı dinləmələr keçiriləcək. Bu petisiya qəbul olunarsa, braziliyalı futbolçu hökm qanuni qüvvəyə minənə qədər azadlıqda qalacaq.
Xatırladaq ki, Alveş 4,5 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl braziliyalının vəkili bu cəzanın yüngülləşdirilməsi üçün apellyasiya şikayəti vermişdi.
Bizim.Media
- A-
- A
- A+
İdman
18:14 / 16.03.2024
Dani Alveş müvəqqəti olaraq azadlığa buraxıla bilər
Hazırda oxunan: Dani Alveş müvəqqəti olaraq azadlığa buraxıla bilər
Hazırda oxunan: Dani Alveş müvəqqəti olaraq azadlığa buraxıla bilər
182916
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.