UEFA reytinqi: Azərbaycan mövsümü 27-ci pillədə başa vurdu

UEFA reytinqi: Azərbaycan mövsümü 27-ci pillədə başa vurdu

Hazırda oxunan: UEFA reytinqi: Azərbaycan mövsümü 27-ci pillədə başa vurdu

182682

Azərbaycan UEFA reytinqində xal ehtiyatını artıra bilməyib.

Bizim.Media xəbər verir ki, avrokuboklardakı yeganə təmsilçimiz “Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada “Bayer”ə 2:3 hesabı ilə məğlub olub. 

Ağdam klubunun mübarizəni dayandırması ilə Azərbaycanın cari mövsümdəki yekun mövqeyi müəyyənləşib. Ölkəmiz son 5 mövsümdə topladığı 20,125 xalla 27-ci yeri tutub. Cari mövsümdəki qazancımız isə 5,875 xal olub.
Reytinqə 103.178 əmsalla İngiltərə başçılıq edir. İspaniya (87.864) ikinci, İtaliya (86.998) isə üçüncü pillədə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO