"Bayer"in futbolçusu 3-cü dəfə Bundesliqanın ən yaxşısı seçildi

Hazırda oxunan: "Bayer"in futbolçusu 3-cü dəfə Bundesliqanın ən yaxşısı seçildi

182621

"Bayer"in yarımmüdafiəçisi Florian Virtz Bundesliqada fevral ayının ən yaxşı oyunçusu seçilib.

Bizim.Media xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

20 yaşlı futbolçu ölkə çempionatında ötən ay meydana çıxdığı 4 matçda 3 qol ötürməsi edib. Virtz bu mövsüm 3-cü dəfədir ki, ən yaxşı adına layiq görülür.

Xatırladaq ki, "Bayer" UEFA Avropa Liqasının 1/8 finalında "Qarabağ"ın rəqibidir. Komandalar arasında Bakıda keçirilən ilk oyunda 2:2 hesablı heç-heçə qeydə alınıb. Cavab görüşü bu gecə Bakı vaxtilə saat 00:00-da başlayacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO