Musa Qurbanlı “Höteborq”a keçə BİLƏR

Musa Qurbanlı “Höteborq”a keçə BİLƏR

Hazırda oxunan: Musa Qurbanlı “Höteborq”a keçə BİLƏR

182538

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçdə komandasını dəyişə bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. 

“Yurqorden”in forvardı İsveçin digər klubu “Höteborq”un maraq dairəsindədir. Adıçəkilən komanda hücum xəttini gücləndirmək niyyətindədir. 

Bu baxımdan “Yurqorden”in gələcək planlarına daxil olmayan 21 yaşlı Qurbanlı onlar üçün çıxış yolu hesab edilir. Musa Qurbanlının “Yurqorden”lə müqaviləsi 2026-cı ilin yayına qədərdir. 

Qeyd edək ki, İsveçdə yeni mövsüm martın sonlarında start götürəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO