Ramil Şeydayev “Kocaelispor”da nə qədər QAZANACAQ?

Ramil Şeydayev “Kocaelispor”da nə qədər QAZANACAQ?

Hazırda oxunan: Ramil Şeydayev “Kocaelispor”da nə qədər QAZANACAQ?

182383

Türkiyə mətbuatı Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin "Kocaelispor"da ilyarımlıq alacağı məbləği açıqlayıb. 

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şeydayev indiki yarımmövsüm üçün 250 min avro (təxminən 465 min manat), növbəti ildə isə 450 min avro (təxminən 845 min manat) qazanacaq.

Maraqlıdır ki, millimizin forvardı "Kocaelispor"a rəsmi transfer olunmazdan əvvəl Türkiyə mətbuatında onun illik 800 min avrodan yuxarı maaş alacağı iddia edilirdi.

Ramil Şeydayev "Buriram Yunayted"dən ayrıldıqdan sonra "Kocaelispor"la qışda 1,5 illik müqavilə imzalayıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO