Andres İnyesta gələcəkdə sabiq klubu "Barselona"nı çalışdırmaq arzusundadır.
Bizim.Media xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi "AS"a açıqlamasında bununla bağlı sualı cavablandırıb:
“Gələcəkdə "Barselona"nı çalışdırmaq istəyirəm, amma bu hələ çox uzaqdadır. Hələ də oynamağa davam edirəm. Həm də məşqçilik lisenziyam belə yoxdur. Əvvəlcə onu əldə etməliyəm, sonra baxarıq”.
Hazırda Birləşmiş Ərəb Əmirliklərinin "Emirates" klubunda çıxış edən İspaniya millisinin sabiq üzvü 1996-2018-ci illərdə “Barselona”da oynayıb. Bu müddət ərzində o, əsas komandanın heyətində bütün turnirlərdə 674 matçda iştirak edib, 57 qol vurub və 136 məhsuldar ötürmə edib.
Xatırladaq ki, “Barselona”nın hazırkı baş məşqçisi Xavi mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
06:14 / 13.03.2024
\"Gələcəkdə \"Barselona\"nı çalışdırmaq istəyirəm\" - İnyesta
Hazırda oxunan: \"Gələcəkdə \"Barselona\"nı çalışdırmaq istəyirəm\" - İnyesta
Hazırda oxunan: \"Gələcəkdə \"Barselona\"nı çalışdırmaq istəyirəm\" - İnyesta
182316
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.