"Yalnız bizi Tovuzda oynamağa məcbur edirlər" - Miodraq Bojoviç

Hazırda oxunan: "Yalnız bizi Tovuzda oynamağa məcbur edirlər" - Miodraq Bojoviç

181831

“Çətin oyun alındı. 3 dəfə hesabda geri düşdük və geridönüş etməyə çalışdıq. Futbolçularıma təşəkkür edirəm. Deyərdim ki, yaxşı oynadıq. İlk hissədə oyuna nəzarət bizdə idi. İkinci hissə başlayanda yenə qol buraxdıq. Rəqib çox yaxşı qol vurdu. Yaxşı ki, məğlub olmadıq”. 

Bizim.Media xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, komanda sona kimi mübarizə aparıb:

“Bilmirəm hansı epizoda qırmızı vərəqə verirlər. Az qamışdı ki, Eminin ayağını qırsınlar. "Qarabağ"la oyunda da eyni hal baş vermişdi. Sonra bizi Tovuzda oynamağa məcbur etdilər. 14 gün ərzində Tovuza 2 dəfə səfər etmişik. Məndə olan məlumata görə, "Kəpəz" bundan sonra Sumqayıtda oynayacaq. Yalnız bizi Tovuzda oynamağa məcbur edirlər. Bu, düzgün deyil, qaydalara ziddir. Bir komanda mövsüm ərzində 3-4 fərqli stadionda oynayır”.
Qeyd edək ki, Misli Premyer Liqasında 26-cı turunun oyunları nəticəsində Tovuzda “Kəpəz”-“Neftçi” qarşılaşması baş tutub. Oyun heç-heçə ilə nəticələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO