"Barselona"nı bu vəziyyətdən ancaq Laporta çıxara bilər” - Xavi

Hazırda oxunan: "Barselona"nı bu vəziyyətdən ancaq Laporta çıxara bilər” - Xavi

181618

"Barselona"nın baş məşqçisi Xavi Ernandes klub prezidenti Joan Laporta haqda danışıb.

Bizim.Media "Mundo Deportivo"ya istinadən xəbər verir ki, o, Laportanı klub tarixinin ən yaxşı prezidenti adlandırıb:

“Klubun daxilində olduğum üçün vəziyyəti son dərəcə düzgün qiymətləndirirəm. Düşünürəm ki, Laporta klubu çox çətin iqtisadi və  idman dövründə götürüb. O, böyük bir hədəfə nail olmaq üçün işlərin yarısını görüb.

Məncə, Laporta "Barselona" tarixinin ən yaxşı prezidentidir və bunu bir daha sübut etməlidir. O, təcrübəli, pozitivdir və liderlik keyfiyyətləri var. Əgər "Barselona"nı indiki vəziyyətdən çıxara biləcək kimsə varsa, o, Laportadır”.

Qeyd edək ki, Laportanın 2003-2010-cu illərdə “Barselona”ya rəhbərliyi dövründə komanda 4 dəfə La Liqanı, 2 dəfə Çempionlar Liqasını qazanmaqla ümumilikdə 12 kuboka yiyələnib. 

Xatırladaq ki, Xavi mövsümün sonunda "Barselona"dan ayrılacağını açıqlayıb. Hazırda onun komandası 58 xalla 3-cü pillədə qərarlaşıb və lider "Real"dan 8 xal geri qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO