Azərbaycan boksçusu Nicat Hüseynov İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində 1/8 finala yüksəlib.
Bizim.Media xəbər verir ki, 51 kiloqram çəkidə mübarizə aparan idmançı ikinci görüşündə Sahil Alahverdovini (Gürcüstan) məğlub edib.
N.Hüseynov qitənin ən güclüsünə və dünya çempionatının finalçısına 5:0 hesabı ilə qalib gəlib. O, 1/8 final döyüşünü martın 10-da keçirəcək.
Qeyd edək ki, Nicat Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə ilk qarşılaşmasında Deepak Deepaka (Hindistan) qalib gəlib. O, yarımfinala yüksələcəyi halda Fransa paytaxtında vəsiqə əldə edəcək.
Azərbaycanın digər boksçusu Alfonso Dominqes isə (92 kiloqram) 1/32 final çərçivəsində israilli Yan Zakla üz-üzə gəlib. Yığma üzvü rəqibinə heç bir şans verməyib. 5:0 hesabı ilə qələbə qazanan Dominqes mərhələ adlamaqla yanaşı, Zakdan Krakov-2023-dəki məğlubiyyətin revanşını da alıb.
Olimpiya mükafatçımız 1/16 finalda ilk mərhələdən azad olan Emmaneul Reyes Pla (İspaniya) ilə qarşılaşacaq. Görüş martın 7-də olacaq.
Xatırladaq ki, Azərbaycan millisi martın 3-də start götürən yarışda məğlubiyyətsiz irəliləyib. Mübarizəyə qoşulan boksçularımızdan Nicat Hüseynov (51 kiloqram) 1/8, Ümid Rüstəmov (57 kiloqram), Tayfur Əliyev (63,5 kiloqram), Sərxan Əliyev (71 kiloqram), Zeynəb Rəhimova (54 kiloqram) və Şəhla Allahverdiyeva (66 kiloqram) 1/16 finala yüksəlib.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:43 / 06.03.2024
Daha iki boksçumuz lisenziya turnirində növbəti mərhələyə yüksəlib
Hazırda oxunan: Daha iki boksçumuz lisenziya turnirində növbəti mərhələyə yüksəlib
Hazırda oxunan: Daha iki boksçumuz lisenziya turnirində növbəti mərhələyə yüksəlib
181437
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.