“Qarabağ”-“Bayer” matçının hakimləri müəyyənləşdi

“Qarabağ”-“Bayer” matçının hakimləri müəyyənləşdi

Hazırda oxunan: “Qarabağ”-“Bayer” matçının hakimləri müəyyənləşdi

181156

"Qarabağ"ın Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın "Bayer" klubuna qarşı Bakıda keçirəcəyi matçı idarə edəcək hakimlər briqadası açıqlanıb.  

Bizim.Media xəbər verir ki, görüşün baş hakimi fransalı Benua Bastiyendir. 

Ona Hiçam Zakrani və Aureliyen Bartomeu kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Ceremi Pinyard yerinə yetirəcək. VAR hakimi Benua Millot olacaqsa, ona Erik Uattelye kömək göstərəcək. Görüşün hakim inspektoru bolqarıstanlı İçko Lozevdir. 
"Qarabağ" - "Bayer" matçı martın 7-də Tofiq Bəhramov stadionunda keçiriləcək və oyuna 21:45-də start veriləcək. Komandaların cavab matçı martın 14-də Leverkuzendə baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO