“Bayer”ə uduza bilərik, amma meydanı mübarizəsiz tərk etmək olmaz - Qurban Qurbanov

“Bayer”ə uduza bilərik, amma meydanı mübarizəsiz tərk etmək olmaz - Qurban Qurbanov

Hazırda oxunan: “Bayer”ə uduza bilərik, amma meydanı mübarizəsiz tərk etmək olmaz - Qurban Qurbanov

180283

“Bayer” Avropanın ən yaxşı komandalarından biridir”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer” komandasına rəqib olmaları barədə Türkiyə mətbuatına açıqlamasında deyib.

Turnirin qrup mərhələsində Bundesliqa təmsilçisi ilə qarşılaşdıqlarını xatırladan 52 yaşlı mütəxəssis artıq rəqibi yaxından tanıdıqlarını bildirib:

“Bu cür səviyyəli komandaların Azərbaycana gəlməsi futbolumuza böyük fayda verəcək. Güclü rəqiblə düşsək də, püşkdən razıyıq. Yenidən böyük komanda ilə oynayacağıq, futbolçularım möhtəşəm futbolu, sürəti və dinamikanı hiss edəcəklər. Azarkeşlərimiz də matçdan həzz alacaqlar. Məğlub ola bilərik, amma meydanı döyüşmədən tərk etmək olmaz”.

Qeyd edək ki, “Qarabağ” “Bayer”ə qarşı ilk oyununu martın 7-də Bakıda, cavab matçını isə 1 həftə sonra Leverkuzendə keçirəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO