UEFA-nın saytı

UEFA-nın saytı "Qarabağ"dan yazdı

Hazırda oxunan: UEFA-nın saytı "Qarabağ"dan yazdı

178926

UEFA-nın rəsmi saytı “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda “Braqa" üzərindəki qələbəsindən (4:2) yazıb.

Bizim.Media xəbər verir ki, yazıda bildirilir: 

"Qarabağ” səkkizinci cəhdində bu mövsüm Avropa Liqasının qrupunu ilk iki yerdə başa vurdu. İlk pley-off matçları heç vaxt təsəvvür edə bilməyəcəkləri qədər yaxşı keçdi. Onlar öhtəşəm oyun nümayiş etdirdilər"

Yazıda qeyd olunub ki, Bakıda keçirələcək cavab oyununda Ağdam təmsilçisinin görəcəyi çox iş var: 

“Qarabağ” tarixində ilk dəfə 1/8 final mərhələdinə yüksəlmək arzusundadır”.

Yazıda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun "Braqa" ilə ilk görüşdən sonra söylədiyi fikirlərə də yer verilib: “Biz arxayın olmamalıyıq, cavab oyununa çox ciddi yanaşmalıyıq. “Braqa” kimi komandalar nəticəni çox tez öz xeyrinə çevirə bilər".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO