Qadın güləşçilərimiz Avropa çempionatında 4-cü OLDU 

Qadın güləşçilərimiz Avropa çempionatında 4-cü OLDU 

Hazırda oxunan: Qadın güləşçilərimiz Avropa çempionatında 4-cü OLDU 

178595

Qadın güləşçilərdən ibarət Azərbaycan millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında komanda hesabında 4-cü yeri tutub. 

Bizim.Media xəbər verir ki, yığma 2 qızıl, 1 bürünc medalla buna nail olub. 

Aktivinə 83 xal yazdıran kollektiv 27 komanda arasında 4-cü pillədə qərarlaşıb. Komanda hesabında 1-ci yeri 147 xalla Ukrayna tutub. Türkiyə (142) ikinci, Rumıniya (101) isə üçüncü yeri tutub. 
Qeyd edək ki, Azərbaycan millisinin heyətində Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qızıl, Elis Manolova (65 kq) bürünc medal qazanıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO