9 fevral Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 14-cü turunun növbəti oyunu baş tutub.
Bizim.Media xəbər verir ki, "Sumqayıt" doğma azarkeşləri önündə, region klubu "Cəlilabad" ilə qarşılaşıb.
Oyuna üstün başlayan "Sumqayıt", yekunda 109-99 hesablı qələbə qazanıb.
Ən məhsuldar basketbolçular: "Sumqayıt" (Smit Roderik - 38 xal, 9 ribaund), "Cəlilabad" (Culian Pauel - 23 xal, 10 ribaund)
Rəşad Rafiqoğlu, Bizim.Media