Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında XII turun oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, liderlə qrupunda qərarlaşan komandalar turu qələbə ilə başa vurublar.
“Gəncə”nin qonağı olan “Azərreyl” oyuna pis başlayıb. İlk seti böyük fərqlə uduzan "dəmiryolçular" növbəti setlərdə eyni səhvləri təkrar etməyiblər. Qonaq komanda 3:1 hesabı ilə qələbə qazanıb. Eyni hesab “Murov Az Terminal” - “Milli Aviasiya Akademiyası” görüşündə də qeydə alınıb. Meydan sahibləri mövsümdə 9-cu qələbəni qazanıblar.
Turun son görüşündə autsayder meydana çıxıb. Son turlar zəif təsir bağışlayan “Abşeron” UNEC-lə görüşdə asanlıqla 3 xal əldə edib.
Qeyd edək ki, “Azərreyl” turnir cədvəlində “Murov Az Terminal”ı 1 xal qabaqlayır.
6 fevral
Yüksək Liqa (qadınlar)
XII tur
16:00. “Gəncə” - “Azərreyl” - 1:3 (25:12, 22:25, 13:25, 17:25)
Gəncə OİK
16:00. “Murov Az Terminal” - “Milli Aviasiya Akademiyası” - 3:1 (25:16, 26:28, 25:20, 25:15)
GİN-in Voleybol Mərkəzi
18:00. “Abşeron” - UNEC - 3:0 (25:6, 25:12, 25:13)
UNEC VK-nın idman zalı
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:30 / 06.02.2024
“Azərreyl” səfərdə “Gəncə”yə qalib gəldi
Hazırda oxunan: “Azərreyl” səfərdə “Gəncə”yə qalib gəldi
Hazırda oxunan: “Azərreyl” səfərdə “Gəncə”yə qalib gəldi
176882
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.