“Qalatasaray” Premyer Liqadan hücumçu transfer etdi

“Qalatasaray” Premyer Liqadan hücumçu transfer etdi

Hazırda oxunan: “Qalatasaray” Premyer Liqadan hücumçu transfer etdi

176337

"Qalatasaray" heyətini iki yeni oyunçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi "Nottingem Forest"dən Serj Oryeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

"Qalatasaray" 31 yaşlı sağ cinah müdafiəçisi üçün İngiltərə klubuna 100 min avro təzminat ödəyəcək. Təcrübəli futbolçu ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb. "Cim bom"un digər transferi isə Karlos Vinisiusdur. Super Liqa nəhəngi "Fulhem"dən 28 yaşlı hücumçunu mövsümün sonuna kimi transfer edib. 

Qeyd edək ki, Serj Orye 2022-ci ilin sentyabr ayından "Nottingem Forest"də çıxış edirdi. Fil Dişi Sahili millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb. 
Karlos Vinisius isə "Fulhem"ə 2022-ci ilin yayında "Benfika"dan transfer olunub. Braziliyalı forvard bu mövsüm komandanın heyətində keçirdiyi 16 qarşılaşmada 3 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO