Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 13-cü turun iki oyunu baş tutub.
Bizim.Media xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində keçirilmiş günün ilk oyununda "Sərhədçi" və "Sabah" klubları üz-üzə gəliblər.
Litvalı Rimas Kurtinaytisin başçılığı ilə ilk oyununa çıxan çempionatın lideri "Sabah" rəqibi üzərində 96-71 hesablı rahat qələbə qazanıb.
Ən məhsuldar basketbolçular: "Sərhədçi" (Cəbrayıl Əkbərov - 15 xal, 4 ribaund), "Sabah" (Desmond Kembric - 18 xal, 7 asist)
Günün ikinci oyununda yeni transferləri ilə güclənmiş "Neftçi", çempionatın aşağı pillələrində qərarlaşmış "Sumqayıt" klubu ilə qarşılaşıb və 113-96 hesablı rahat qələbəyə sevinib.
Ən məhsuldar basketbolçular: "Neftçi" (DiAncelo Styüart - 24 xal, 4 asist), "Sumqayıt" (Lenard Dikson - 29 xal, 6 ribaund)
Rəşad Rafiqoğlu, Bizim.Media