Yanvarın 2-də Fransanın paytaxtı Parisdə cüdo üzrə Böyük Dəbilqə start götürəcək.
Bizim.Media xəbər verir ki, cüdoçularımızın ilkin mərhələdəki rəqibləri bəlli olub.
Bir həftə əvvəl Odivelaşda (Portuqaliya) keçirilən Qran-pridə bürünc medal qazanan Səid Mollayi (81 kq) Uruqvayı təmsil edən Alan Abrahamyan yarışacaq. Portuqaliyada fəxri kürsünün 3-cü pilləsində yer alan Elcan Hacıyevin (90 kq) ilk rəqibi daha güclü olacaq. O, ötən il Dohada keçirilən dünya çempionatında fərdi yarışda bürünc, komanda yarışlarında isə qızıl medal qazanan Sanşiro Murao (Yaponiya) ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, Böyük Dəbilqə turniri fevralın 4-də başa çatacaq.
Nazir Talıbov (60 kq) – Artem Lesyuk (Ukrayna)
Əhməd Yusifov (60 kq) – Merzod Sufiyev (Tacikistan)
Rəşid Məmmədəliyev (73 kq) – Kyarta Hreydarsson (İslandiya)
İbrahim Əliyev (73 kq) – İqor Vandtke (Almaniya)
Zelim Tskayev (81 kq) – Husni Taobani (Komor adaları)
Səid Mollayi (81 kq) – Alan Abrahamyan (Uruqvay)
Vüqar Talıbov (90 kq) – Mariano Koto-Bersye (Argentina)
Elcan Hacıyev (90 kq) – Sanşiro Murao (Yaponiya)
Uşangi Kokauri (+100 kq) – Klement Musamadi (Konqo Dr)/Bubakar Mane (Qvineya-Bissau)
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
22:24 / 01.02.2024
Cüdoçularımızın Böyük Dəbilqə turnirində ilk rəqibləri müəyyənləşib
Hazırda oxunan: Cüdoçularımızın Böyük Dəbilqə turnirində ilk rəqibləri müəyyənləşib
Hazırda oxunan: Cüdoçularımızın Böyük Dəbilqə turnirində ilk rəqibləri müəyyənləşib
176181
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.