İranda Urmu voleybol komandasının oyununda Azərbaycan, Təbriz, Ərdəbil və Urmu gölü ilə bağlı şüarlar səslənib.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, səslənən şüarlar belə olub:
"Yaşasın Azərbaycan,
Azərbaycan var olsun, istəməyən kor olsun,
Təbriz Zəngan Ərdəbil, bu səs Urmudan gəlir,
Urmu Gölü susuzdu, Azərbaycan oyanmasa uduzdu,
Gəlin gedək ağlayaq, Urmu gölünü dolduraq".
Bizim.Media