UEFA “Qarabağ”ın futbolçusunu CƏZALANDIRDI

UEFA “Qarabağ”ın futbolçusunu CƏZALANDIRDI

Hazırda oxunan: UEFA “Qarabağ”ın futbolçusunu CƏZALANDIRDI

175922

UEFA Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində dekabrın 14-də Bakıda baş tutmuş "Qarabağ" - "Hekken" (2:1) görüşündə qırmızı vərəqəyə görə meydandan qovulmuş Marko Veşoviçin cəzası bəlli olub. 

Bizim.Media xəbər verir ki, UEFA Ağdam klubunun monteneqrolu futbolçusunu 1 oyunluq cəzalandırıb. 

Belə olan halda, 32 yaşlı futbolçu pley-off mərhələsinin fevralın 15-də "Braqa" ilə Portuqaliyada keçiriləcək görüşündə meydanda olmayacaq. Marko Veşoviç fevralın 22-də Bakıda baş tutacaq cavab qarşılaşmasında oynayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO