Cüdoçumuz Qran-Pri turnirində bürünc medal qazandı

Cüdoçumuz Qran-Pri turnirində bürünc medal qazandı

Hazırda oxunan: Cüdoçumuz Qran-Pri turnirində bürünc medal qazandı

175531

Azərbaycanın daha bir cüdoçusu Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-Pri turnirində medal qazanıb.

Bizim.Media xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev bürünc medal uğrunda görüşdə israilli Quy Qurevitçə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Eyni çəkidəki Vüqar Talıbov və Uşangi Kokauri (+100 kiloqram) isə yarışı medalsız başa vurublar.
Qeyd edək ki, Qran-Pri turnirində digər idmançılarımız - Yaşar Nəcəfov (66 kiloqram) gümüş, Turan Bayramov (60 kiloqram), Kamran Süleymanov (66 kiloqram), Səid Mollayi (81 kiloqram) bürünc medalın sahibi olublar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO