"Braqa"nın aparıcı üzvü "Qarabağ"a qarşı oynamayacaq

Hazırda oxunan: "Braqa"nın aparıcı üzvü "Qarabağ"a qarşı oynamayacaq

175150

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Braqa” ciddi itki ilə üzləşib.

Bizim.Media Portuqaliya klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandanın aparıcı futbolçusu Bruma dizindən zədə alıb. 

Onun yanvarın 29-da əməliyyat olunacağı və 4-6 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib. Bu isə o deməkdir ki, portuqaliyalı yarımmüdafiəçi "Qarabağ"la oyunları buraxacaq.

Qeyd edək ki, "Qarabağ"ın "Braqa" ilə ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO