“Neftçi”dən gedəcək ilk futbolçu MÜƏYYƏNLƏŞDİ 

“Neftçi”dən gedəcək ilk futbolçu MÜƏYYƏNLƏŞDİ 

Hazırda oxunan: “Neftçi”dən gedəcək ilk futbolçu MÜƏYYƏNLƏŞDİ 

175067

Mövsümün sonunda “Neftçi”ni tərk edəcək ilk futbolçu müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, müdafiəçi Mark Tamaş yayda komandanı tərk edəcək. 

Mövsümün əvvəlində Rumıniyanın “Sepsi” klubundan transfer edilən 30 yaşlı mərkəz müdafiəçisi əsas heyətə düşməkdə çətinlik çəkir. 
Artıq klub rəhbərliyi də Tamaşın getmək istədiyini bilir və ona mane olmayacaq. Macarıstanlı futbolçu karyerasını Türkiyədə davam etdirə bilər. “Adana Dəmirspor” onun xidmətində maraqlıdır. 

Qeyd edək ki, Mark Tamaşın “Neftçi” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO