Azərbaycan çempionatında yeni REKORD 

Azərbaycan çempionatında yeni REKORD 

Hazırda oxunan: Azərbaycan çempionatında yeni REKORD 

174122

Azərbaycan Basketbol Liqasında mövsümün yeni rekordu qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, “Sərhədçi” ən böyükhesablı ev qələbəsinin müəllifi olub. 

Bakı klubu öz meydanında “Şəki”ni 30 xal fərqi ilə üstələyib – 112:82. Bunadək mövsümün heç bir oyununda ev sahibləri belə fərqə nail olmayıb. 

Əvvəlki rekord “Sabah”la “Neftçi”yə məxsus idi. Sonuncular noyabrın 11-də “Şəki”yə 90:64, “Sabah” dekabrın 15-də “Sumqayıt”a 105:79 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, “Sərhədçi”nin qalibiyyəti ümumilikdə mövsümün 5-ci ən böyükhesablı qələbəsidir. Daha böyük fərqin qeydə alındığı dörd matç qonaqların üstünlüyü ilə yekunlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO