Bu gün Azərbaycan Basketbol Liqasında 11-ci tura start verilib.
Bizim.Media xəbər verir ki, turun ilk günündə 2 matç keçirilib.
Hər 2 qarşılaşma Bakıda baş tutub. Ötən tur qalib gələn “Sərhədçi” bu mövsüm zəfər qazana bilməyən “Şəki”ni məğlub edib. Komanda yeni baş məşqçinin gəlişindən sonra ardıcıl ikinci qələbəsini qazanıb.
İlk dövrədə öz meydanında “Neftçi”yə uduzan “Cəlilabad” isə revanş almağa çox yaxın olub. Komanda uzun müddət hesabda öndə olsa da, son periodda "ağ-qaralar" üstünlüyü ələ keçiriblər. "Neftçi" 9 xal fərqi ilə qalib gəlib.
Qeyd edək ki, tura yanvarın 21-də yekun vurulacaq.
XI tur
17 yanvar
16:00. “Sərhədçi” – “Şəki” - 112:82 (29:17, 36:17, 20:20, 27:28)
“Sərhədçi” İdman Mərkəzi
19:30. “Neftçi” – “Cəlilabad” - 72:63 (18:23, 16:13, 15:14, 23:13)
“Sərhədçi” İdman Mərkəzi
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
01:00 / 18.01.2024
“Sərhədçi” və “Neftçi” qalib gəldi - FOTO
Hazırda oxunan: “Sərhədçi” və “Neftçi” qalib gəldi - FOTO
Hazırda oxunan: “Sərhədçi” və “Neftçi” qalib gəldi - FOTO
173911
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.