“Sumqayıt” Türkiyə klubunun futbolçusunu istəyir

“Sumqayıt” Türkiyə klubunun futbolçusunu istəyir

Hazırda oxunan: “Sumqayıt” Türkiyə klubunun futbolçusunu istəyir

173582

"Sumqayıt"ın qış fasiləsində heyətinə qatmaq istədiyi futbolçulardan birinin kimliyi bizə məlum olub. 

Bizim.Media xəbər verir ki, söhbət braziliyalı vinger Jackson Keniodan gedir.

24 yaşlı yarımmüdafiəçi "İstanbulspor"un şərəfin qoruyur. O, bu mövsüm Super Liqada 19 görüşdə meydana çıxıb və 3 qolla yadda qalıb. Cənubi amerikalının 2020-ci ilə kimi qısa müddət Avstriyada keçən həvəskar səviyyəli karyerasını nəzərə almasaq, əsasən Braziliya klublarında top qovub. 

2020-ci ildə transfer olunduğu Albaniyanın "Eqnatiya" klubunda 3 il forma geyinib.  Əlavə edək ki, “Sumqayıt” ötən yay da Kenionu heyətə qatmaq istəsə də, o, daha yüksək maaş təklif edən Türkiyə təmsilçisinin təklifini qəbul edib..



Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO