“Beşiktaş” Santuşun rəhbərliyi ilə ilk qələbəsini qazandı

“Beşiktaş” Santuşun rəhbərliyi ilə ilk qələbəsini qazandı

Hazırda oxunan: “Beşiktaş” Santuşun rəhbərliyi ilə ilk qələbəsini qazandı

173297

Türkiyə Superliqasında 20-ci turun 5 oyunu keçirilib. 

Bizim.Media xəbər verir ki, Azərbaycan yaığmasının üzvləri turu qələbəsiz başa vurublar. 

Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” öz meydanında, Şahruddin Məhəmmədəliyevin komandası “Adana Dəmirspor” isə səfərdə xal itirib.

“Beşiktaş” ardıcıl ikinci oyunda qələbə qazanıb. İstanbul klubu yeni baş məşqçi Fernando Santuşun ilk rəsmi matçında “Fatih Karagümrük”ü məğlub edib. “Qara qartallar” fasilədən sonra 3 qol vurublar. Bu qələbədən sonra İstanbul klubu 35 xalla 4-cü pilləyə yüksəlib.

Türkiyə Superliqası

20-ci tur

Ankaragücü – Kasımpaşa – 3:1

Hatayspor – Pendikspor – 1:1

Başakşəhər – Alanyaspor – 3:2

Rizəspor – Adana Dəmirspor – 1:0

Beşiktaş – Karagümrük – 3:0

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO