“Neftçi”dən qələbə, “Azərreyl” uduzdu

“Neftçi”dən qələbə, “Azərreyl” uduzdu

Hazırda oxunan: “Neftçi”dən qələbə, “Azərreyl” uduzdu

173021

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında ilin ilk qarşılaşmaları keçirilib. 

Bizim.Media xəbər verir ki, Yüksək Liqada VIII turun açılış oyununda “Neftçi” MOİK-i sınağa çəkib. 

“Ağ-qaralar” matçın favoriti sayılıblar və onların qələbə qazanıblar. "Neftçi" hər üç setdə rəqibini məğlub edib.

Turun növbəti qarşılaşmasında isə maraqlı mübarizə alınıb. “Murov Az Terminal” “Azərreyl”lə üz-üzə gəlib. İlk oyunda rəqibinə 0:3 uduzan nominal ev sahibləri revanş alıblar. Gərgin mübarizə şəraitində keçən qarşılaşma 5 set davam edib.

11 yanvar

Yüksək Liqa, kişilər

VIII tur

16:00. “Neftçi” - MOİK - 3:0 (25:20, 25:23, 27:25)

“Murov Az Terminal”ın idman zalı

18:00. “Murov Az Terminal” - “Azərreyl” - 3:2 (25:20, 25:17, 20:25, 23:25, 15:8

GİN-in Voleybol Mərkəzi

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO