Səudiyyə Ərəbistanı klublarına transfer məhdudiyyəti qoyuldu

Səudiyyə Ərəbistanı klublarına transfer məhdudiyyəti qoyuldu

Hazırda oxunan: Səudiyyə Ərəbistanı klublarına transfer məhdudiyyəti qoyuldu

172381

Səudiyyə Ərəbistanı Suveren Fondu (PIF) maliyyəşdirdiyi klubların qış transferlərinə məhdudiyyətlər qoyub. 

Bizim.Media AS nəşrinə istinadən xəbər verir ki, bunlar “Əl-Hilal”, “Əl-Nəsr”, “Əl-İttihad” və “Əl-Əhli”dir. 

Bildirilib ki, komandalar PIF-in dəstəyi olmadan böyük müqavilələr bağlaya bilməyəcəklər.

Yanvarda bu klublar heyətlərini gücləndirib-gücləndirməməklə bağlı qərar verəcəklər. Amma istənilən transfer bir sıra ciddi tələblərə cavab verməlidir. Hazırda onların dövlətin maliyyə dəstəyi olmadan yüksək səviyyəli futbolçuları dəvət etmək imkanı yoxdur. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı klubları 2023-cü ilin yayında oyunçu keçidlərinə 875,4 milyon ABŞ dolları xərcləyiblər. Bu, İngiltərə Premyer Liqasından sonra ən yüksək ikinci göstəricidir.
Xatırladaq ki, Kristiano Ronaldo “Əl-Nəsr”də, Kərim Benzema “Əl-İttihad”da, Neymar isə “Əl-Hilal”da çıxış edir. Daha əvvəl bir neçə məşhur oyunçunun narazılıq səbəbindən Səudiyyə Ərəbistanını tərk etmək istədiyi bildirilib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO